Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Antalyada hoteldən 400 nəfər təxliyə edilib
Türkiyənin Manavqat şəhərində (Antalya vilayəti) güclü yağış nəticəsində beşulduzlu hotelin birinci mərtəbəsini su basması səbəbindən 400-ə yaxın qonaq təxliyə edilib.
Oxu.Az "TRT Haber" telekanalına istinadən xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, şənbə günündən etibarən Türkiyənin 81 vilayətinin 44-də sarı və narıncı hava xəbərdarlığı elan edilib. Mərmərə, Egey və Aralıq dənizləri ərazilərində, Qara dəniz vilayətlərində və Türkiyənin mərkəzi bölgələrində tufan, güclü külək olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Pis hava şəraiti bəzi rayonlarda temperaturun 10 dərəcə aşağı düşməsi ilə müşayiət olunacaq.
"Antalya" teqi üzrə xəbərlər
- Antalyada xəstəxanada YANĞIN: Xəstələr təxliyə edilirlər
- İstanbulda İran kəşfiyyatına məlumat ötürən beş nəfər saxlanılıb
- Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
- Antalyada selfi çəkmək üçün qayalıqlara dırmanan rusiyalı turist ağır xəsarət alıb
- Antalyada dəhşətli qəza - Sərnişin avtobusu uçuruma yuvarlandı: Yaralılar var