Aralıq dənizində, Antalyanın Qazipaşa sahillərində zəlzələ baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Edilməsi Agentliyi məlumat verib.
Qeyd olunub ki, təkanlar Yerin 18 km dərinliyində baş verib.
Episentri Aralıq dənizində olan zəlzələnin maqnitudasının 4 bal olduğu bildirilib.