Türkiyənin Adana vilayətinin Saimbeyli rayonunda 4.8 maqnitudalı zəlzələ qeydə alınıb.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 14:19-da (Bakı vaxtı ilə 15:19-da), 7.99 km dərinlikdə baş verib.
Zəlzələ Mersin, Qaziantep, Kilis və Osmaniye vilayətlərində də hiss olunub.
İlk təkanlardan 17 dəqiqə sonra, eyni ərazidə 4.9 maqnitudalı daha bir zəlzələ qeydə alınıb. İkinci zəlzələnin ocağı 8.67 km dərinlikdə yerləşib.
Bundan əlavə, Osmaniye vilayətinin Sumbas rayonunda 5.2 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanların ocağı 7 km dərinlikdə yerləşib.