BBC telekanalında hava xəbərlərinin aparıcısı Reyçel Makkley canlı yayımda huşunu itirib.
Oxu.Az-ın xarici KİV-ə istinadən məlumatına görə, aparıcı “üzr istəyirəm, nəfəs ala bimirəm” deyərək özündən gedib. Yayımı dərhal əsas xəbər aparıcısı davam edib.
Daha sonra edilən açıqlamada Reyçelin vəziyyətinin düzəldiyi bildirilib.