Müğənni Elton Hüseynəliyevin “ATV maqazin onlarla” verilişində həmkarı Günay İbrahimli barəsində səsləndirdiyi fikirlər ifaçını özündən çıxarıb.
Oxu.Az xəbər verir ki, İbrahimli Eltonu sərt tənqid edib:
“Yanında əyləşən xalq artistindən (Flora Kərimova-red.) utanmalı idi. Efirdə belə şeylər danışmaq kişiliyə xas olan xüsusiyyət deyil. Heç gözləməzdim. Mən o insanı 6-7 aydır görmürəm. Maraqlıdır ki, həmin insanın mənlə problemi var? Tərbiyəm icazə vermir ki, ona öz sözlərimlə cavab verim.
Heç bir kişi müğənni mənə rəqib deyil. Xatırladım ki, 5-6 ay əvvəl efirdə mənə “xanım” deyə müraciət edən, səsimi bəyənən həmkarım əsl üzü bu imiş. Xanımlığıma şübhə edənlərə demək istəyirəm ki, gedib öz problemini həll etsinlər. Kiminsə acığını məndən çıxmasın. Ondan fərqli olaraq mənim telefonum 24 saat açıq olur, bu sözləri efirdə deyil, zəng edib deyə bilərdi. Həmin onluqda yer alan, sənətdə illərlə təcrübəsi olan ifaçılardan çox iş görmüşəm”.