Bu gün Kupertinoda (Kaliforniya, ABŞ) Apple şirkətindən yeni iPhone 6 və iPhone 6 Plus smartfonları təqdim olundu.
Oxu.Az xəbər verir ki, ilk dəfə olaraq, Apple smartfonları 128 giqabayt daxili yaddaşa malik olacaqlar.
İstifadəçi iPhone 6 və iPhone 6 Plus-un qızılı, gümüşü və qara-boz rəngdə variantlarını seçə biləcək, yaddaş həcmi isə 16, 64 yaxud 128 qiqabayt təşkil edəcək.
iPhone 6 və iPhone 6 Plus smartfonları müvafiq olaraq, 4,7 və 5,5 düym diaqonallı ekranlarla təchiz ediliblər. Ekranların icazəsi iPhone 6 plus üçün 1920 x 1080 nöqtə təşkil edib. Apple bunu Retina HD adlandırır. Bu ölçü həm də Full HD-yə uyğundur. iPhone 6 isə 1334 x 750 nöqtə icazəli olacaq ki, bu da 1 düymdə 326 nöqtə deməkdir.
iPhone 6 və iPhone 6 Plus modellərinin qalınlığı – müvafiq olaraq, 6,9 mm və 7,1 mm.
Hər iki modelin əsas kameraları üçün yenilənmiş matrisa nəzərdə tutulub, iPhone 6 Plus-un isə optik sabitləşdiricisi də var. Apple-nin marketinq üzrə vitse-prezidenti Fil Şillerin bildirdiyinə görə, bu smartfonlar ən populyar videokameralar olacaqlar.
iPhone 6-da 64 bitlik A8 prosessoru yer alıb ki, bu da əvvəlkindən 25% sürətlidir. Qrafikanın emalı 50% yaxşılaşdırılıb.
Həmçinin tədbirdə Apple Watch saatları da nümayiş olunub. Yeni saatlardan musiqi dinləmək, təqvimə baxmaq, işləri planlamaq, zəngləri qəbul etmək, oyun oynamaq, hərəkətlərini izləmək, poçt servisi, sms-servis və bir çox başqa məqsədlərdə istifadə etmək olar.
Saata səsli komandanı tanıyan Siri quraşdırılıb.