Yekaterinburq turistləri, Barselona aeroportundan qalxan təyyarələri alışarkən sarsıntı keçiriblər.
Oxu.Az Vesti-yə istinadən xəbər verir ki, rusiyalılar “Transaero” şirkətinin layneri ilə uçurdular. Onların sözlərinə görə, o uçuş xəttindən havaya qalxmağa cəhd edərkən güclü səs eşidilib.
“Layner burnunu qaldırıb uçuş xəttindən qalxmağa çalışanda təyyarəyə nə isə möhkəm dəydi, və hamı o səsi eşitdi, bu top atəşinin səsinə oxşayırdı – bunu sərnişinlərdən biri E1.Ru-ya danışıb. – Sol tərəfdə oturan sərnişinlər, təyyarənin yerdən ayrılan kimi sol mühərrikdən qalxan alovu görüblər. Alov dörd metrə çatırdı”.
Şahidlərin sözünə görə, sərnişinlər uçuşun qaydasında getmədiyini anladılar, amma salonda təşviş tox idi. Pilotlar nasaz mühərriki söndürdülər. Sonra isə sərnişinlərə öz yerlərində qalmağa çağırıblar və izah ediblər ki, aeroporta qayıtmaq qərara alınıb. Amma enişdən öncə təyyarə yanacaq işlətməli idi.
Nəticədə təyyarə bir saata yaxın dənizin üzərində uçmalı olub. Pilotlar onu bir mühərriklə və artıq axşama yaxın endiriblər. Aeroportda təyyarəni çoxsaylı təcili yardım xidməti maşınları qarşılayıb.
URA.Ru portalının məlumatına görə təyyarədə 171 nəfər olub. “Transaero”nun nümayəndələri nəşriyyata, alışmaya sağ mühərrikin pompajının səbəb olduğunu bildiriblər. Bu nasazlıq bir qayda olaraq, partlayış səsi kimi səslə, cazibə qüvvəsinin kəskin azalması və güclü titrəmə ilə müşaiyət edilir. Bunun niyə baş verdiyinin xüsusi komisiya müəyyən edir. Avia şirkətdə həmçinin təyyarənin mühərrikinin istehsalçıya - General Electric-ə göndəriləcəyi də bildirilib.
Bələdçilərdən biri jurnalistlərə sərnişinlərin soyuqqanlılığına heyran qaldığını bildirib. Ekipaj üzvləri kəmərləri bağlanmış halda öz yerlərində oturarkən, sərnişinlər sakitcə illüminatordan şəkil və video çəkirdilər. Bu video-çarxlardan birini sərnişinlər YouTube-da yerləşdiriblər.