"Apple" şirkətinin baş icraçı direktoru Tim Kuk "Nike" şirkətinin təxminən üç milyon dollar dəyərində səhmlərini alıb.
Oxu.Az bu barədə "Reuters" agentliyinə istinadən xəbər verir.
Rəsmi hesabata əsasən, o, hər biri orta hesabla 58.97 dollar olmaqla 50 min ədəd B sinifli səhm satın alıb və ümumilikdə təxminən 2.95 milyon dollar xərcləyib.
Bu alışdan sonra Tim Kukun portfelində təxminən 105 min "Nike" səhmi var və onların ümumi dəyəri təxminən altı milyon dollar təşkil edir.