"Apple"ın baş icraçı direktoru Tim Kuk sentyabrın 1-də vəzifəsindən ayrılıb. Onu "Apple"ın veteranı, aparat təminatının hazırlanması üzrə keçmiş vitse-prezident Con Ternus əvəz edib.
Oxu.Az bu barədə RBK-ya istinadən xəbər verir.
Bununla belə, Kuk Direktorlar Şurasının icraçı sədri olacaq. Şirkətin məlumatına görə, o, şirkətin fəaliyyətinin müəyyən aspektlərində, o cümlədən bütün dünyada siyasətçilərlə qarşılıqlı əlaqələrin qurulmasında köməklik göstərəcək.
Kuk Stiv Cobsun xəstəliyi (mədəaltı vəzi xərçəngi) səbəbindən istefa verməsindən sonra, 2011-ci il avqustun 24-də "Apple"ın baş icraçı direktoru vəzifəsində onu əvəz etmişdi.