Argentinanın məşhur Santa-Klara-del-Mar kurort şəhərində baş verən sunami nəticəsində bir nəfər ölüb, 35 sakin yaralanıb.
Oxu.Az xəbər verir ki, bu barədə TN telekanalı məlumat yayıb.
"29 yaşlı kişi nəhəng dalğanın zərbəsindən sonra qayalara çırpılaraq ölüb. Daha 35 nəfər yüngül xəsarət alıb", - deyə xəbərdə bildirilir.
Yaralılar arasında bir nəfər infarkt diaqnozu ilə xəstəxanaya yerləşdirilib, digərləri isə yüngül xəsarətlər alıblar.
Yerli meteoroloqun sözlərinə görə, dəniz dalğaları qəfildən 45 sm aşağı düşüb, sonra isə 90 sm qalxıb, bundan sonra vəziyyət sabitləşib.