Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Argentinanın paytaxtında izdihamlı etiraz aksiyası keçirilib
Argentinanın paytaxtı Buenos-Ayresin mərkəzində genişmiqyaslı etiraz aksiyası keçirilib.
Oxu.Az bu barədə "RİA Novosti" agentliyinə istinadən xəbər verir.
Aksiya iştirakçıları təqaüdçülərin müdafiəsi və onların mənzil-məişət şəraitinin yaxşılaşdırılmasını tələb edib, həmçinin polisin və təhlükəsizlik orqanlarının aksiya iştirakçılarına qarşı hərəkətlərinə etirazlarını bildiriblər.
Aksiya iştirakçıları arasında çoxlu sayda yaşlı insanın olduğu bildirilir.
Müxtəlif həmkarlar ittifaqlarının nümayəndələri və gənclər də onlara dəstək olublar.
"Argentina" teqi üzrə xəbərlər
- Elçin Əmirbəyov Argentinada bir sıra rəsmi şəxslərlə görüş keçirib
- Buenos-Ayresdə pensiyaçılarla polis arasında qarşıdurma: Təxminən 150 nəfər saxlanılıb
- Argentinada Maradonanın ölümü ilə bağlı cinayət işi üzrə məhkəmə başlayıb
- Dieqo Maradonanı müalicə edən həkimlərin məhkəməsi başlayır
- Argentinada daşqınlar azı 10 nəfərin həyatına son qoyub
Ən çox oxunanlar