Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Artıq podkastlara da "Qızıl Qlobus" mükafatı veriləcək
2026-cı ildən etibarən "Qızıl Qlobus" mükafatında "Ən yaxşı podkast" kateqoriyası olacaq.
Oxu.Az "Deadline"a istinadən xəbər verir ki, bu barədə mükafatın təşkilatçıları məlumat veriblər.
"Ən yaxşı podkast" nominasiyası ilk dəfə 83-cü "Qızıl Qlobus" mərasimində təqdim olunacaq. Namizədlərin qısa siyahısına altı podkast daxil ediləcək. Onların mükafata namizəd olmaq üçün hansı meyarlara cavab verməli olduqları isə sonradan açıqlanacaq.
2026-cı il üzrə "Qızıl Qlobus" namizədləri 8 dekabrda elan olunacaq. Mükafatlandırma mərasimi isə 11 yanvarda keçiriləcək və 27 kateqoriya üzrə qaliblər açıqlanacaq. Mərasimin aparıcısı Nikki Qleyzer olacaq.
"Qızıl Qlobus" teqi üzrə xəbərlər
- Amerikalı aktyor Riçard Çemberlen vəfat edib
- "Oskar" qazananlardan biri "Evdə tək" filminin aktyorudur
- Hollivud nağılının sonu: Cessika Alba və Keş Uorren 17 illik evlilikdən sonra ayrılırlar
- 45 illik karyerasında ilk: Demi Murun tarixi "Qızıl Qlobus" qələbəsinə ailəsinin reaksiyası
- Kaliforniyada "Qızıl Qlobus" mükafatının qalibləri elan edildi