Madridin "Real" klubunun televiziyası 1994-cü ilə aid olan hakim Aleksandro Ernandesin müsahibəsini yayımlayıb.
Oxu.Az xəbər verir ki, müsahibədə o, "Barselona"nın azarkeşi olduğunu bildirib. 11 may bazar günü Ernandes İspaniya Primerasının 35-ci turunda əzəli rəqiblər arasında baş tutacaq "El-Klasiko"da baş hakim kimi çıxış edəcək.
Müsahibədə 42 yaşlı hakim sevimli futbolçularının "Barselona"da çıxış etmiş Romario və Mixael Laudrup olduğunu qeyd edib. Düzdür, müsahibə zamanı Ernandes 12 yaşında olub.
Xatırladaq ki, İspaniyanın qrandları arasında keçiriləcək görüş Barselonada baş tutacaq.