Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
AŞPA Ermənistanda monitorinq keçirəcək
Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Monitorinq komitəsi respublikada cərəyan edən siyasi proseslər haqqında məlumat toplaması üçün Ermənistana nümayəndə heyəti göndərəcək.
Oxu.Az xəbər verir ki, bu barədə “Facebook” səhifəsində Ermənistanın vitse-spikeri, AŞPA-da erməni nümayəndə heyətinin başçısı Arpine Ovannisyan yazıb.
O qeyd edib ki, Ermənistan üzrə həmməruzəçilərin səfərinin nəticələri barədə komitənin ilk iclasında məlumat verilməlidir.
Sentyabrın 12-də erməni nümayəndə heyətinin rəhbəri bildirib ki, AŞPA-nın siyasi məsələlər və demokratiya üzrə komissiyası Ermənistanın sabiq prezidenti Robert Koçaryana qarşı cinayət işini, həmçinin ölkədəki daxili siyasi vəziyyəti müzakirə edib.
Onun sözlərinə görə, komissiya Ermənistanda qanunun aliliyi, qanunverici və məhkəmə hakimiyyətinin müstəqilliyinin təminatına, həmçinin siyasi təqiblərə dair məsələlərin monitorinqinin keçirilməsi üçün AŞPA-nın Monitorinq komissiyasına məktub göndərəcək.
"Ermənistan" teqi üzrə xəbərlər
- Paşinyanın qaynının malikanəsi qarət edildi, o isə gizlətdi - SƏBƏB
- Lavrov: "Moskva Bakı ilə İrəvan arasında normallaşma prosesinə kömək etməyə hazırdır"
- Ermənistan Araz çayını çirkləndirməyə davam edir
- Rusiya hərbçiləri Qazaxla sərhəddə quraşdırdıqları kazarmaları sökürlər
- Qarabağın Ermənistan ərazisinə daxil edildiyi saxta xəritə Ermənistan parlamentindən yığışdırıldı
Rəylər