Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Xamenei Əhvazdakı terrorun təşkilatçılarından söz açdı
İranın Ali lideri Əli Xameneinin iddiasına əsasən, Əhvazda keçirilən hərbi paradda törədilən terror aktının arxasında ABŞ-ın rəhbərlik etdiyi dövlətlər dayanır.
Oxu.Az xəbər verir ki, bu barədə Xameneinin saytında bildirilir.
“Əhvazda əziz vətəndaşlarımızın ölümü ilə nəticələnən acınacaqlı faciə bir daha İran xalqının düşmənlərinin mənfur niyyətlərini nümayiş etdirdi.
Bu cinayətlər ABŞ-ın regiondakı marionet dövlətlərinin sui-qəsdidir. Məqsədləri isə ölkəmizdə vəziyyəti gərginləşdirməkdir”, - Xameneinin bəyanatında deyilir.
Ali lider həmçinin həlak olanların ailələrinə başsağlığı verərək bildirib ki, kəşfiyyat xidmətlərinə qısa müddətdə cinayətkarları taparaq məhkəməyə təhvil vermələrini tapşırıb.
Rəylər