Rusiyanın Tümen vilayətində gənc oğlan qətl törədib.
Tumen.kp.ru-nun vilayət Prokurorluğuna istinadən yaydığı xəbərə görə, 21 yaşlı oğlan nənəsini və onun birgə yaşadığı kişini öldürüb.
Xəbərdə bildirilir ki, o, həmin şəxsləri atalığının ildönümü mərasimində iştirak etmədikləri üçün qətlə yetirib.
21 yaşlı gənc nənəsini qətlə yetirib. Sonra isə nənəsinin birgə yaşadığı kişini öldürərək, hadisəyə intihar “donu geyindirib”.
O, kişini bir neçə dəfə bıçaqlayıb, sonra da həmin bıçağı ölmüş qadının əlinə qoyub.
Hadisəni törədən şəxs 16 il müddətinə azadlıqdan məhrum edilib.