Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Rauf Arifoğlu seçildiyi dairənin nəticələrinin ləğvini istəyir: “Möhtəşəm qələbəmi həzm edə bilmirlər”
35 saylı Xətai Üçüncü Seçki Dairəsinin lider namizədi Rauf Arifoğlu həmin dairədə seçkilərin nəticələrinin ləğv edilməsini istəyir.
Oxu.Az-ın xəbərinə görə, R.Arifoğlu “Facebook” hesabında bildirib ki, rəqibləri, ölkəni qarışdırmaq istəyən təhlükəli şəbəkə sosial mediada fırtına yaradır.
“Bütün seçki boyu saxtakarlıqlara əl atanlar bizi saxta yolla seçilməkdə suçlayırlar! İnsanları manipulyasiya edirlər! Ölkədə keçirilən seçkinin ən nümunəvi dairəsində apardığımız kampaniyanı, demokratik seçkini ləkələməyə çalışırlar”, - deyə R.Arifoğlu qeyd edib.
Onun sözlərinə görə, təmiz qələbə qazanıb.
“Amma bunu həzm edə bilmirlər. Araz Əlizadəni quzu kimi qəbul etmişdilər, mənim möhtəşəm qələbəmi həzm edə bilmirlər. Çünki bu, gerçəkdir və nəticə birilərinin çirkli siyasi karyerasını bitirir. 5000 səs fərqi ilə özündənrazı və saxtakar rəqibimi qutuda qoymuşam! Qane olmurmu? Qəbul etmirmi? Bütün antiislahat, sabotaj dəstəsi ona dəstəkdirmi? Haydı, mən də razıyam!
Bir daha yarışaq! İddia etmirsiniz ki, Mərkəzi Seçki Komissiyası (MSK) nəticələri ləğv edəcək? Etsin! Təkrar, bütün ölkənin gözləri önündə yarışaq. Bu dəfə klon namizədlər olmadan, fırıldaqlar, təxribatçı qadınlar olmadan. Rüşvət olmadan. Çirkli texnologiyalar olmadan! Amma biləsiniz. Heç nə dəyişməyəcək. Yenə udacağam! Beş dəfə də olsa, bu adamın məni seçki meydanında udma şansı yoxdur! Ona görə də sakitləşsin, otursun yerinə”.
Qeyd edək ki, MSK Milli Məclisə keçirilən seçkilərin ilkin nəticələri üzrə lider namizədlərin adlarını açıqlayıb.
"Milli Məclis" teqi üzrə xəbərlər
- Ermənistanın siyasəti iflasa uğradıldı: Keçmiş prezidentlər özlərini necə ifşa etdilər?
- BMT çərçivəsində yeni beynəlxalq konvensiya qəbul ediləcək - Deputat AÇIQLADI
- 30 illiyini qeyd edən Azərbaycan enerjisinin ötən ilinə baxış
- Anar İsgəndərli: "2025-ci ildə müxtəlif sahələrdə ciddi irəliləyişlərin şahidi olacağıq"
- 2024-cü il Azərbaycanın ictimai-siyasi həyatında necə yadda qaldı?