Tokioda keçirilən yerli atletika çempionatı zamanı ən azı 28 nəfər qida zəhərlənməsi əlamətləri ilə xəstəxanaya yerləşdirilib.
Oxu.Az xəbər verir ki, bu barədə "Kyodo" agentliyi məlumat yayıb.
Çempionat Kiotoda keçirilib. Bildirilir ki, xəstəxanaya yerləşdirilənlərin hamısı yarışın təşkilində çalışan şəxslər və texniki heyətin üzvləridir.
İlkin məlumata görə, onlar nahar qutularındakı yeməklərdən zəhərləniblər. Kütləvi zəhərlənmənin idmançılara və tamaşaçılara təsir etmədiyi vurğulanır.
Qaynar xətt:
(055) 224 12 12