Kolumbiyanın “Atletiko Uil” futbol klubunun müdafiəçisi Eduard Qutyerres 22 yaşında avtomobil qəzasında ölüb.
Oxu.Az xəbər verir ki, bu barədə “El Heraldo” nəşri məlumat yayıb.
Qəza bazar günü Kolumbiyanın Uil şəhərində baş verib. Sükan arxasında Qutyerresin rəfiqəsi Diana Qalvez Kortezin olduğu avtomobil idarəetməni itirib və ağaca çırpılıb.
Həkimlər futbolçunun həyatını xilas edə bilməyiblər, o, xəstəxanada qəzadan bir neçə saat sonra dünyasını dəyişib. Futbolçunun rəfiqəsinin vəziyyəti barədə məlumat yoxdur.
Qutyerres 2015-ci ildən “Atletiko Uil”in tərkibində çıxış edirdi, cəmi 19 matç keçirmişdi. Hazırkı mövsümdə o, Kolumbiya çempionatında dörd görüş keçirib.
N.О.
www.oxu.az