Bir sıra aviaşirkətlər Təl-Əvivə gedən reysləri dayandırıblar; belə ki, ABŞ Federal Aviasiya İdarəsi bütün amerikan daşıyıcılarına İsrailə uçuşu qadağan edib.
Oxu.Az Euronews-a istinadən xəbər verir ki, reyslərin dayandırılması barədə həmçinin “Lüftqanza”, “Er Farns”, KLM kimi iri Avropa şirkətləri də bəyan edib.
Daşıyıcılar Qəzza bölgəsindən Ben-Qurion aeroportu istiqamətində açılacaq raket atəşindən qorxurlar.
Belə ki, Ben-Quriona uçan “Delta Erlayns” layneri uçuş sahəsinin yaxınlığında raket atıldıqdan sonra dəniz üzərində dairə vuraraq Parisə uçub.