Brüssel iki il öncə Krımın Rusiyaya birləşdirilməsini qınayıb və BMT-nin üzv ölkələrini Rusiyaya dair Aİ sanksiyalarına analoji sanksiyaların tətbiqetmə imkanını nəzərdən keçirməyə çağırıb.
Oxu.Az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
“Avropa İttifaqı tanımamaq üzrə siyasətinin, o cümlədən də məhdudiyyət tədbirləri yolu ilə həyata keçirilməsinə davam edəcək”, - Aİ xarici siyasət xidmətinin saytında Federika Moqerini və Avropa İttifaqına üzv 28 ölkənin xarici işlər nazirlərinin adından dərc edilmiş sənəddə qeyd edilir.
Brüsselin bəyanatında BMT-nin üzv ölkələrini qurumun Baş Assambleyasının №68/262 qətnaməsinə müvafiq olaraq analoji tədbirləri nəzərdən keçirməyə çağırıb.
Avropa İttifaqı əvvəlki kimi Krımın Rusiyanın tərkibinə daxil olmasını “beynəlxalq hüququn pozulması” və “beynəlxalq təhlükəsizliyə birbaşa təhlükə” hesab edir.