Avropa İttifaqı Ukraynada diplomatik nizamlanma çərçivəsində atəşkəs olacağı təqdirdə Rusiya əleyhinə sanksiyaları yumşaltmaq niyyətində deyil, bununla bağlı mediaya sızan məlumat tamamilə spekulyasiyadır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının nümayəndəsi Ariana Podesta Brüsseldə keçirdiyi brifinqdə bildirib.
"Əmin ola bilərsiniz ki, biz Rusiyaya qarşı sanksiya təzyiqini tam şəkildə davam etdirəcəyik, qalan hər şey tamamilə spekulyasiyadır. Biz artıq 18 sanksiya paketi qəbul etmişik və 19-cunu hazırlayırıq", - deyə Podesta bildirib.