Avropa İttifaqı (Aİ) İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı kimi tanıyıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Aİ məlumat yayıb:
"Bu qərar yanvarın 29-da Xarici İşlər Şurasının iclasında əldə edilən siyasi razılaşmadan sonra verilib. Bu iclasda İrana qarşı son sanksiyalar mərhələsi də təsdiqlənib".
Aİ-nin bu qərarının ABŞ-nin İranla yeni hərbi münaqişəyə mümkün hazırlıqları ilə əlaqəli olmadığı da vurğulanıb.