Avropa İttifaqı (Aİ) Şurası və Avropa Parlamenti (AP) vətəndaş fondlarının müdafiə ehtiyacları üçün yenidən bölüşdürülməsi məsələsində razılığa gəliblər.
Oxu.Az xəbər verir ki, bu barədə məlumat Aİ Şurasının Mətbuat Xidmətinin saytında yer alıb.
"Aİ Şurası və AP-də danışıqçılar "ReArm Europe" planının həyata keçirilməsi üçün Aİ-nin cari büdcəsində müdafiə xərclərinin stimullaşdırılması tədbirləri barədə ilkin razılığa gəliblər", - deyə məlumatda bildirilir.
Danimarka ilə AP-nin əldə etdiyi yeni razılaşma çərçivəsində STEP, "Horizon Europe", EDF, DEP və MIE proqramlarından vəsaitlər yenidən bölüşdürüləcək ki, bu da müdafiə xərclərinin maliyyələşdirilməsini artıracaq. Lakin bu razılaşma daha əvvəl Aİ Şurası və AP tərəfindən təsdiqlənməlidir.