Avropa Parlamenti (AP) rəqəmsal avronun yaradılması layihəsini qəbul edib. Layihə 2029-cu ilin yanvarında yeni valyutanın planlaşdırılan buraxılışından əvvəl institutlararası danışıqların yekun mərhələsinə keçir.
Oxu.Az "European Conservative" nəşrinə istinadən xəbər verir ki, müvafiq qərar parlamentdə səsverməyə çıxarılıb.
Qeyd olunur ki, cari ilin sonunadək Avropa İttifaqı (Aİ) Şurası, AP və Avropa Komissiyası layihənin yekun parametrlərini razılaşdırmalıdır. Bundan sonra Avropa Mərkəzi Bankı 2027-ci ildə məhdud çərçivədə sınaqlara başlamağı planlaşdırır.
Brüsseldən bildirilir ki, rəqəmsal avro Aİ-nin strateji muxtariyyətini möhkəmləndirməli və ABŞ ödəniş sistemlərindən asılılığı azaltmalıdır. Eyni zamanda, o, nağd pulu əvəz etməyəcək, onunla paralel şəkildə istifadə olunacaq.