Futbol üzrə 2026-cı il dünya çempionatının (DÇ-2026) 1/4 final mərhələsinə Fransa - Mərakeş matçı ilə start verilib.
Oxu.Az xəbər verir ki, ABŞ-nin Foksboro şəhərində baş tutan oyun Avropa təmsilçisinin qələbəsi ilə yekunlaşıb - 2:0.
Görüşdə hər iki qol ikinci hissədə vurulub. Kilian Mbappe 60-cı, Usman Dembele isə 66-cı dəqiqədə fərqlənib. Kilian Mbappe 28-ci dəqiqədə penaltidən yararlana bilməyib.
Qeyd edək ki, Fransa 1/2 final mərhələsində İspaniya - Belçika cütünün qalibi ilə qarşılaşacaq.
Qaynar xətt:
(055) 224 12 12