"Şamaxı" yeni mövsümdə heyətini formalaşdırmaq üçün çalışmalarını davam etdirir.
Oxu.Az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Bölgə təmsilçisi "Qəbələ" klubundan Emil Süleymanovu transfer edib. Yarımmüdafiəçi ilə ikiillik (1+1) müqavilə imzalanıb.
Xatırladaq ki, "Şamaxı" bunadək Azər Bağırov (baş məşqçi, "Kəpəz"), Sənan Muradlı ("Sumqayıt" - icarə) Emin Rüstəmov ("Karvan-Yevlax"), Uğur Cahangirov ("Karvan-Yevlax"), Ceyhun Bağırzadə ("Qəbələ-2"), Okan Təhməzli ("Qəbələ") və Hacıəli Şirəliyevi kluba cəlb edib.

"Şəfa" futbol klubu növbəti transferini reallaşdırıb.
Oxu.Az xəbər verir ki, bu barədə klubun yaydığı məlumatda bildirilib.
Paytaxt təmsilçisi yarımmüdafiəçi Dilan Mertensi heyətinə qatıb. 30 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.
D.Mertens son olaraq ölkəsində "Telstar"ın üzvü olub. O, karyerası ərzində Niderlandın "TOP Oss" və "Volendam" komandalarının şərəfini qoruyub.
Mertens eyni zamanda Rusiyanın "Fakel" (Voronej), Bolqarıstanın "Botev" (Plovdiv) və "Sarsko Selo" klublarında legioner həyatı yaşayıb.

"Araz-Naxçıvan" heyətini yeni qapıçı ilə gücləndirib.
Oxu.Az İdmanxeber.az-a istinadən xəbər verir ki, Naxçıvan təmsilçisi braziliyalı qapıçı Artur Aqustonu heyətinə qatıb. 26 yaşlı qolkiperin artıq Bakıda olduğu bildirilir.
Təcrübəli oyunçu ötən mövsümü İndoneziyanın "Semen Padanq" klubunda keçirib. O, çempionatda komandası ilə 22 oyunda çıxış edib və 41 qol buraxıb.
Transferin yaxın günlərdə rəsmən açıqlanması gözlənilir.
