Payızın ilk ayında Avropa İttifaqında (Aİ) illik inflyasiya avqustdakı 2.4 faizlə müqayisədə 2.6 faiz təşkil edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Eurostat" nəşri məlumat verib.
Məlumata görə, 2024-cü ilin sentyabrında Aİ-də inflyasiya 2.1 faiz səviyyəsində təxmin edilib. Bu il isə ən aşağı göstəricilər Kipr (0 faiz), Fransa (1.1 faiz), İtaliya və Yunanıstanda (hər ikisi 1.8 faiz) qeydə alınıb.
Rumıniya (8.6 faiz), Estoniya (5.3 faiz), Xorvatiya və Slovakiyada (hər ikisi 4.6 faiz) isə inflyasiya kəskin şəkildə artıb. Ümumilikdə 2025-ci ilin avqust ayı ilə müqayisə edilərsə, illik inflyasiya səkkiz ölkədə azalıb, dörd ölkədə sabit qalıb və 15 ölkədə artıb.
Avqustun sonunda Almaniya Federal Statistika İdarəsi məlumat verib ki, Almaniya inflyasiyanın davamlı artımından yayına bilməyib, 2025-ci ilin yayın son ayında ölkənin inflyasiya səviyyəsi 2.2 faiz təşkil edib. Ərzaq məhsulları və enerjidaşıyıcılarına olan qiymətlər nəzərə alınmazsa, inflyasiya 2.7 faiz səviyyəsində qiymətləndirilib.