Avqust ayında Almaniyada inflyasiya iyuldakı 2,8%-dən 2,9%-ə yüksəlib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
Göstərici aprel ayından bəri ən yüksək səviyyəyə çatsa da, 3,1% təşkil edən median proqnozdan aşağı olub. Agentlik qiymət artımının əsas səbəbi kimi Yaxın Şərqdə sülhün hələ də bərqərar olmaması fonunda energetika sektorundakı vəziyyəti göstərib.
Avrozonada isə inflyasiyanın avqust ayında 3,3%-ə qədər sürətləndiyi ehtimal olunur.
İyulun sonunda Almaniyada inflyasiya son üç ayın ən yüksək səviyyəsinə çatıb. Almaniya Federal Statistika İdarəsinin məlumatına görə, istehlak qiymətləri illik ifadədə 2,8% artıb. İyun ayında bu göstərici 2,4% təşkil edib.
"Bundesbank"ın proqnozlarına əsasən, hətta ABŞ-İran müharibəsi başa çatdıqdan sonra belə, avrozonada inflyasiyanın Avropa Mərkəzi Bankının müəyyən etdiyi 2%-lik hədəfdən yüksək səviyyədə qalması riski var.