Aralıq dənizi məsələləri üzrə Avropa komissarı Dubravka Şuitsa İsrailin xarici işlər naziri Gideon Saar və Avropa diplomatik xidmətinin rəhbəri Kaya Kallas arasındakı münaqişə fonunda bölgədə iki Aİ missiyası müddətinin uzadılması üçün gizli şəkildə İsrailə səfər edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Avropanın "Politico" nəşri məlumat verib.
Məlumata görə, səfər daha əvvəlcədən elan edilməyib və yalnız Avropa komissarı artıq İsrailə çatdıqdan sonra məlum olub. Adı açıqlanmayan Avropa İttifaqı (Aİ) diplomatı nəşrə bildirib ki, bu, təhlükəsizlik səbəbindən edilib. Lakin qurumun başqa bir nümayəndəsi Kallasın həmin vaxtda İordaniyada Ərəb ölkələri Liqası liderləri ilə görüşdə olmasını qəribə adlandırıb.
"Politico"nun mənbələrinin sözlərinə görə, Şuitsanın İsraildəki əsas vəzifəsi "EUBAM Rafah" sərhəd yardımı missiyasının və Fələstin Mülki Polisinin dəstəklənməsi üzrə "EUPOL COPPS" missiyasının üç ay müddətinə uzadılması olub.