Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Avropa Meloninin Trampla görüşündən narahatdır
Avropa rəsmiləri İtaliyanın Baş naziri Corcia Meloninin ABŞ Prezidenti Donald Trampla görüşmək planlarından narahatdırlar.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
"Avropanın yüksəksəviyyəli rəsmiləri İtaliyanın Baş naziri Corcia Meloninin Prezident Donald Trampla görüşmək üçün Vaşinqtona bugünkü səfərindən narahatdırlar. Çünki ticarət danışıqları fiasko ərəfəsindədir. Lakin onlar, həmçinin bilirlər ki, bu səfər Trans-Atlantik gərginliyi azaltmaq üçün çox yaxşı şans ola bilər", - deyə məqalədə qeyd olunub.
Nəşrə görə, avropalılar, əsasən, Trampın başqa ölkələrin liderlərinin tariflərlə bağlı zəng edib ona yaltaqlandıqlarını deməsindən cəmi bir həftə sonra Meloninin düşəcəyi durumdan narahatdırlar.