Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Avropa Parlamenti mühasirəyə alındı - YENİLƏNİB + VİDEO
Brüsseldə fermerlərin etirazları ilə bağlı gərginlik artır.
Minlərlə traktor Aİ liderlərinin Avropa Şurasının növbədənkənar iclasına toplaşdıqları Avropa Məhəlləsi yaxınlığındakı yolları bağlayıb.
Kənd təsərrüfatı və yaşıl siyasətə etiraz etmək üçün Avropanın hər yerindən gələn nümayişçilər Avropa Parlamentini mühasirəyə alıb, binanın qarşısındakı Lüksemburq meydanında odun və təkərlərdən tonqal qalayıblar.
Yüzə yaxın nümayişçi Avropa Parlamentinin qərargahına şüşə və yumurta atıb, Lüksemburq meydanında 1872-ci ildə tikilmiş tarixi heykəllərdən biri dağıdılıb. Baryerlərinin arxasında sıraya düzülən polis isə artıq su şırnaqlarını işə salıb.
Mənbə: unionesarda.it
12:52
60-dan çox traktordan ibarət karvan Vaterloo şosesi ilə Brüsselə daxil olub. Onlar Ukraynaya növbəti dörd il ərzində 50 milyard avro yardım ayrılması ilə bağlı sammitin keçiriləcəyi Avropa Məhəlləsinə doğru yola düşüblər.
Bildirilir ki, traktorlar nizam-intizamla hərəkət edirlər, nəqliyyat vasitələri arasında bərabər intervallar saxlayırlar. Polis onların hərəkətinə mane olmur, əksinə, karvanı müşayiət edir.
Paralel olaraq, təxminən 25-30 maşından ibarət başqa bir karvan d'Alsenberq şosesi ilə Brüsselə daxil olub və mərkəzə doğru hərəkət edir.
Brüsselin “Mobilite” yol hərəkətinə nəzarət xidmətinin məlumatına görə, daha bir qrup - paytaxtın dairəvi yolu ilə hərəkət edərək şəhərə şimaldan daxil olur.
Xatırladaq ki, Brüsseldə Avropa Parlamentinin qarşısındakı meydanda bir neçə gün öncədən tikanlı məftilli “kirpilər” quraşdırılıb.
Mənbə: TASS
Rəylər