Avropa İttifaqı Rusiyaya qarşı böyük rüsumlar və hətta tammiqyaslı ticarət embarqosu tətbiq etmək variantını nəzərdən keçirir.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Politico" nəşri məlumat verib.
Nəşrin məlumatına görə, yeni sərt tədbirlər mövzusu Avropa Siyasi Birliyinin Albaniyada Böyük Britaniya və Ukraynanın da iştirakı ilə keçiriləcək toplantısında müzakirə olunacaq.