Çempionlar Liqasının Liqa mərhələsinin daha bir iştirakçısı bəlli olub.
Oxu.Az xəbər verir ki, "Atletik Bilbao" qitənin ən nüfuzlu klub turnirinə vəsiqə qazanıb.
Bilbao təmsilçisi buna La Liqanın XXXVI turunda nail olub. "Xetafe"yə 2:0 hesabı ilə qalib gələn Ernesto Valverdenin yetirmələri mövsümün sonuna iki tur qalmış ilk beşlikdə yerlərini təmin ediblər.
Komanda 11 ildən sonra Çempionlar Liqasında mübarizə aparacaq. "Atletik Bilbao" sonuncu dəfə 2014/15 mövsümündə bu turnirdə iştirak edib.
Qeyd edək ki, 67 xala malik bilbaolular turnir cədvəlində 4-cü pillədə qərarlaşıblar.