Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Yanvar-aprel aylarında pensiya ödənişlərinə iki milyard manatdan çox vəsait yönəldilib
2025-ci ilin dörd ayında pensiya ödənişlərinə ötən ilin müvafiq dövrünə nisbətən 10 faiz (208 milyon manat) çox olmaqla 2 milyard 361 milyon manat vəsait yönəldilib.
Oxu.Az xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, 2025-ci ilin əvvəlindən bütün növ pensiyalar 8.1 faiz indeksləşdirilərək artırılıb, həmçinin fevralın 1-dən minimum pensiya 14.3 faiz artımla 280 manatdan 320 manata çatdırılıb.
Yanvar-aprel aylarında 18 min, elektron pensiya təyinatına başlandığı 2019-cu ilin əvvəlindən 154 min pensiya təyinatı e-sistem üzərindən proaktiv qaydada həyata keçirilib.
"Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)" teqi üzrə xəbərlər
- Vətəndaşın əmək hüquqlarını pozan daha bir şirkət cərimələnib
- Rövşən Didavariyə yüksək VƏZİFƏ VERİLDİ
- Masallıda əmək hüquqlarını pozan şirkət CƏZALANDIRILDI
- Suriyadan Azərbaycana gətirilən 13 nəfər sosial xidmət müəssisəsinə yerləşdirilib
- Sabah Bakı, Sumqayıt, Abşeron və Naxçıvanda pensiyalar qrafikdən əvvəl ödəniləcək