Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Avropa Tramp-Putin danışığından sonra Rusiyaya qarşı sanksiyaları artıracaq
"Bir sıra Avropa ölkələri Rusiyaya qarşı sanksiyaları gücləndirmək qərarına gəlib".
Oxu.Az TASS-a istinadla xəbər verir ki, bu barədə jurnalistlərə Almaniya hökumətinin rəsmi nümayəndəsi Ştefan Kornelius deyib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Tramp Rusiya lideri Vladimir Putinlə telefon danışığı barədə bəzi Avropa ölkələrinin rəhbərliyini məlumatlandırıb.
Kornelius qeyd edib ki, ABŞ prezidenti və avropalı tərəfdaşlar gələcək addımlar barədə razılığa gəliblər:
"Avropalı iştirakçılar sanksiyalar vasitəsilə Rusiya tərəfinə təzyiqi artıracaqlarını bildiriblər".
"Almaniya" teqi üzrə xəbərlər
Ən çox oxunanlar