Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Avropada bitkilərin üçdə biri məhv ola bilər
Portuqaliya, Danimarka və Böyük Britaniyadan olan beynəlxalq alimlər qrupu heyvanlar, quşlar, sürünənlər və böcəklər kimi toxum səpələyicilərinin azalması səbəbindən Avropadakı bitki növlərinin təxminən üçdə birinin məhv riski altında olduğunu müəyyən edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə araşdırma "Science" elmi jurnalında dərc olunub.
Bir çox bitki çeşidinin genişlənməsi üçün toxumlarını uzaq yerlərə daşımaq işində heyvanlara güvənilir.
Mütəxəssislərin qənaətləri 592 bitki növünün ümumavropa toxum paylama şəbəkəsinin təhlilinə əsaslanır.
Alimlər belə nəticəyə gəliblər ki, bu tendensiyaya görə Avropadakı bitkilərin təxminən üçdə biri yox olma riski ilə üzləşəcək. Tədqiqatçılar qeyd ediblər ki, növbəti addım Avropa ekosistemlərindəki dəyişiklikləri öyrənmək olacaq.
"Qlobal iqlim dəyişikliyi" teqi üzrə xəbərlər
- Daxili çayların bir çoxu quruyub: Problemlərin həlli üçün hansı işlərin görülməsinə ehtiyac var?
- "Rio Trio" təşəbbüsü iqlim dəyişikliyi ilə mübarizədə kollektiv fəaliyyətin simvoludur
- Keniyalı nümayəndə: "İqlim dəyişikliyi insanlara adaptasiya üçün vaxt vermir"
- Kiçik ada dövlətləri təhlükədə: Fici COP29-da hərəkətə keçməyə çağırır
- Timor-Lestedən diplomat: "İqlim maliyyələşməsi üçün 1.3 trilyon dollar ayrılmasını təklif edirik"
Rəylər