"Elektrik enerjisi kəsintisi ilə üzləşən Avropa ölkələri, vəziyyət bir həftə də belə davam edərsə, bir milyard avroya qədər vəsait itirə bilərlər".
Oxu.Az xəbər verir ki, bunu müstəqil sənaye eksperti Leonid Xazanov "RİA Novosti" ilə söhbətində deyib.
Ekspertin fikrincə, İspaniya, Portuqaliya və Fransa üçün birbaşa iqtisadi ziyan gündə təqribən 100-200 milyon avro təşkil edir.
O qeyd edib ki, əgər elektrik kəsintisi bir həftə davam etsə, üç ölkənin iqtisadiyyatının itkiləri 0,8-1 milyard avroya çata bilər:
"Dolayı itkilər 3-4 dəfə çox ola bilər".