"Real Madrid"in baş məşqçisi Karlo Ançelotti İspaniya çempionatının cari mövsümü başa çatdıqdan sonra "Real Madrid"i tərk edərək Braziliya millisini çalışdıracaq.
Oxu.Az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial şəbəkəsində (keçmiş "Twitter") məlumat verib.
Məlumata görə, Ançelotti və Braziliya millisi italiyalı mütəxəssisin 2026-cı il dünya çempionatı üçün millinin baş məşqçisi olması ilə bağlı prinsipial razılığa gəlib. O, iyun ayında İspaniya klubunun iştirak edəcəyi klublararası dünya çempionatı başlamazdan öncə Braziliya millisinin sükanı arxasına keçəcək.