Futbol üzrə Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti hücumçu Vinisius Junioru motivasiya etmək üçün maraqlı üsula əl atıb.
Oxu.Az Sports.ru-ya istinadən xəbər verir ki, italiyalı mütəxəssis məşq zamanı hər dəfə qapıya dəqiq zərbə vura bilməyən ulduz futbolçudan təkan hərəkətləri etməyi tələb edib.
Yayılan videogörüntülərdə Vinisiusun qapını dəqiq nişan ala bilmədikdən sonra Ançelottinin tapşırığı ilə yerə uzanaraq cəza təmrinini yerinə yetirdiyi görünür. Futbolçu verilən cəzanı etiraz etmədən qəbul edib.
Qeyd edək ki, Vinisius "Real Madrid"in heyətində bütün turnirlər nəzərə alınmaqla ardıcıl altı oyundur qol vura bilmir. Braziliyalı hücumçu sonuncu dəfə La Liqanın ilk turunda "Real Sosyedad"a qarşı keçirilən və 3:2 hesabı ilə başa çatan qarşılaşmada fərqlənib.