Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Avropada qaz ehtiyatları 50 faizdən aşağı düşüb: Qitə qışda "donacaq"?](https://images.oxu.az/2025/02/08/CInCk16SGz9fuhLrIXkJe1YCGqjv5z27Bc67uJHk:1200.jpg)
Avropada qaz ehtiyatları 50 faizdən aşağı düşüb: Qitə qışda "donacaq"?
Avropanın yeraltı anbarlarında qaz ehtiyatlarının səviyyəsi - dünya bazarı üçün əsas indikatorlardan biri - 50%-dən aşağı düşüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Gas Infrastructure Europe" (GIE) məlumat yayıb.
Bildirilib ki, ehtiyatların cari səviyyəsi 49.95% təşkil edir. Bununla belə, Avropadakı havanı ekstremal soyuq adlandırmaq olmaz, o, iqlim normasına uyğundur.
Qeyd edək ki, Avropada qazın indiki qiymət səviyyəsi artıq min kubmetrə görə 600 dollar civarındadır.
Ən çox oxunanlar
Rəylər