Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
![Şəhriyar Məmmədyarov dörddəbir final mərhələsinə qələbə ilə başladı, Teymur Rəcəbov büdrədi](https://images.oxu.az/2025/02/08/CvvqBwnVHpPQv8FdBHUw1IvECIHFcH3Lf7K9eFZy:1200.jpg)
Şəhriyar Məmmədyarov dörddəbir final mərhələsinə qələbə ilə başladı, Teymur Rəcəbov büdrədi
Kişilər və qadınlar arasında şahmat üzrə Azərbaycan çempionatının dörddəbir final mərhələsinin ilk oyunları keçirilib.
Oxu.Az xəbər verir ki, turnirin favoritlərindən yalnız Şəhriyar Məmmədyarov qalib gəlib, Teymur Rəcəbov isə heç-heçə edib.
Dörddəbir finalın ilk oyunlarının nəticələri:
Şəhriyar Məmmədyarov - Maqomed Muradlı - 1:0;
Misrəddin İsgəndərov - Aydın Süleymanlı - 0.5:0.5;
Rauf Məmmədov - Əhməd Əhmədzadə - 0.5:0.5;
Vüqar Əsədli - Teymur Rəcəbov - 0.5:0.5;
Gülnar Məmmədova - Xanım Balacayeva - 0.5:0.5;
Ülviyyə Fətəliyeva - Zeynəb Məmmədyarov - 1:0;
Türkan Məmmədyarov - Gövhər Beydullaeva - 1:0.
Xatırladırıq ki, kişilər arasında turnirin qalibi 20 000 manat, qadınların qalibi isə 10 000 manat mükafat alacaq.
Rəylər