Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Avropalı diplomat Putin və Trampın Kiyev söhbəti barədə: "Görünür, fikrindən daşınıb"
ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putin arasında telefon danışığı Ukraynanı və onun Qərb müttəfiqlərini məyus edib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat verib.
"Avropa liderləri ilə söhbətlərində Tramp ya qeyd-şərtsiz atəşkəs (Ukraynada), ya da təklifdən heç nə gəlmədiyi təqdirdə sanksiyaları nəzərdə tutan yanaşma ilə razılaşıb. Görünür, Putinlə söhbətindən sonra o bu fikrindən daşınıb. Ona 24 saatdan artıq davam edəcək heç bir şeyi etibar etmək olmaz. Deyəsən, Ukrayna onu, ümumiyyətlə, maraqlandırmır", - deyə adının açıqlanmasını istəməyən avropalı diplomat agentliyə bildirib.
Agentlik qeyd edir ki, eyni zamanda, Avropa Trampın fikrini yenidən dəyişməsini mümkün hesab edir.
"Donald Tramp" teqi üzrə xəbərlər
- "Bloomberg": "Trampın G7 görüşündən tez getməsi NATO sammiti üçün pis əlamətdir"
- ABŞ İranın nüvə obyektlərinə zərbə endirə bilər
- Trampdan İrana ultimatum: "Qeyd-şərtsiz təslim olun"
- Donald Tramp Rəcəb Tayyib Ərdoğanla İran məsələsində razılaşıb?
- Trampın bəyanatları neftin qiymətinin artmasına səbəb olub