Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Avropalıların azərbaycanlılar kimi yaşadığı şəhər
Baku TV-nin "Oralarda necədir?" rubrikasında bu dəfə İtaliyanın ikinci ən böyük şəhəri - dəbin paytaxtı hesab edilən Milandan bəhs olunub.
Bu şəhərdə səhər adətən kruassan və kapuçino ilə açılır. Saat 12-də lanç zamanıdır. Milanın əhalisi bizim kimi şirniyyatı, dadlı yeməkləri çox sevir.
Amma bununla yanaşı, idman etməyi və velosiped sürməyi də unutmurlar. Milanda qazancı yaxşı olanlar da özlərinə ev almırlar. Deyirlər ki, ayda 1000-3000 avro verib kirayədə qalmaq daha çox sərf edir, nəinki 500 min avro verib ev almaq.
Milan elə şəhərlərdəndir ki, burada dəbli geyinmək normaldır. Bir çox dünyaca məşhur moda evlərinin mərkəzi ofisləri də bu şəhərdədir. Onlar da bizim kimi geyimlərdə qara rəngə çox üstünlük verirlər. Milanlılarla bir ortaq cəhətimiz isə neçə yaşın olursa-olsun, valideynlərin övladlarını tək buraxmamasıdır.
Ən çox da analar və oğullar arasında olan sıx bağlılıq bizdəki kimidir. Bəzi kişilər uzun illər anaları ilə yaşaya bilərlər. maraqlıdır ki, onlara "ana uşağı" deyilməsindən heç də narahat olmurlar.
Ətraflı süjetdə:

"Baku TV" teqi üzrə xəbərlər
- Ali təhsildə hansı fənlər vacibdir, hansılar artıq hesab olunur? - SORĞU
- Azərbaycanda ali məktəbdə İLK
- Qarabağa öz avtomobili ilə getmək istəyənlərin NƏZƏRİNƏ - Xəbərlərin 20:00 buraxılışı
- Gilas bağlarında acınacaqlı durum: Qubalı fermerlər çıxılmaz halda
- Xronika: Axsu, Axtaxana, Axtacul, Axund Buzovand, Axura - Türk tarixinin izi