Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
“Avroviziya-2019”un qonaqları çadırlarda qalacaq
Təl-Əviv meriyası 2019-cu ilin mayında “Avroviziya” yarışması üçün İsrailə gələn minlərlə fanat və qonaqları çadır şəhərciyində yerləşdirəcək.
Oxu.Az “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, hökumət “Avroviziya” yarışının keçiriləcəyi yerə yaxın olan “Xa-Yarkon” parkında qurulacaq şəhərcik üçün tender elan edib.
Bununla bağlı Təl-Əviv merinin müşaviri İlana Mixaeli məlumat verib. Onun sözlərinə görə, yerləşdirilmə rahatlıq dərəcəsinə uyğun olaraq üç formada olacaq.
Yataq yerlərindən başqa, şəhərcikdə qidalanma, velosiped sürmə və əylənmə üçün yerlər də təşkil ediləcək. Tamaşaçı və qonaqların müsabiqənin keçiriləcəyi yerə aparılması üçün xüsusi avtobuslar fəaliyyət göstərəcək.
Müsabiqə başa çatdıqdan sonra şəhərcik LGBT paradının iştirakçılarını qəbul edəcək.
"İsrail" teqi üzrə xəbərlər
- COP29: İsrailin aerokosmik şirkəti Azərbaycanla əməkdaşlığı gücləndirir
- İsrail Müdafiə Qüvvələri Qəzzada "İslami Cihad"ın baş komandirini məhv etdi
- İsrail rəsmisi Netanyahunun həbsinə order verilməsi ilə bağlı: "Müharibənin tərəfini tutdu"
- Livan və "Hizbullah" ABŞ-nin təklifi ilə razılaşdılar
- Husilər Təl-Əviv və Aşkelona zərbə endiriblər
Rəylər