Avstraliyanın Yeni Cənub Uels, Avstraliya Paytaxt Ərazisi, Viktoriya və Cənubi Avstraliya ştatında koronavirus peyvəndi ilə buster doza arasında olan interval üç aya endirilib.
Qərara səbəb kimi “Omikron” ştammının yayılması göstərilib. Səlahiyyətlilərin sözlərinə görə, peyvənd həm COVID-19 simptomlarının aradan qaldırılmasında, həm də insanların təhlükəsizliyində əsas rol oynayır.
Ölkənin qalan rayonları yanvarın 31-də müvafiq vaxt intervalını azaldacaq.
Mənbə: TASS