Melbrunda Qərbi Afrikadan qayıtmış iki uşaq Ebola virusuna yoluxma şübhəsi ilə xəstəxanaya yerləşdirilib. Bu barədə The Australian məlumat yayıb.
Oxu.Az xəbər verir ki, öncə Avstraliyada təhlükəli virusa yoluxma halı qeydə alınmayıb.
Qəzetin məlumatına əsasən, uşaqlar uşaq xəstəxanasında müayinə olunur.
Qeyd olunur ki, müayinənin nəticələri bir neçə saatdan sonra məlum olacaq.
Xatırladaq ki, Liberiya, Qvineya və Syerra-Leonda Ebola virusunun yaratdığı xəstəliyin qurbanları 9 mini ötüb.