Avstraliyanın Viktoriya ştatında koronavirus pandemiyası ilə əlaqədar sakinlərə pul paylanacaq.
Lenta.ru-nun məlumatına görə, bu barədə regionun Baş naziri Deniel Endryus “Twitter” hesabında bildirib.
Yerli hakimiyyət orqanlarının bildirdiyinə görə, pandemiya dövründə koronavirus simptomları olan və ya onlarla rabitədə olan insanlar vəziyyətləri barədə məlumat vermirlər, özünütəcrid rejimindən imtina edirlər və qazanclarını itirmək qorxusuna görə işə gedirlər. Bununla əlaqədar, dövlət rəhbərliyi, COVID-19 testini keçəcək bölgə sakinlərinə 300 Avstraliya dolları (363 AZN) birdəfəlik ödəmə elan edib. Bu məbləğ test nəticələrini gözləyən şəxsin evdə oturduğu dövrdə zərərini kompensasiya edəcək.
Testin nəticələri müsbət çıxarsa, həmin şəxsə məcburi təcrid dövründə gəlir çatışmazlığını ödəmək üçün əlavə olaraq 1 500 Avstraliya dolları (1 816 AZN) veriləcək.
Too many people are going to work sick because they can’t afford to miss a shift.
— Dan Andrews (@DanielAndrewsMP) July 23, 2020
That’s why we’re bringing in a new $300 support payment – available as soon as you get tested.
Because ‘waiting at home for your results’ needs to mean exactly that.
For everyone’s sake.