Avstraliyanın Adelaida bölgəsinin Parafild hava limanında kiçikmühərrikli təyyarə qəzaya uğrayıb.
Oxu.Az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.
Avstraliyada təyyarə anqara çırpıldı: İki nəfər öldü, xeyli yaralı var - VİDEO
Hadisə zamanı iki nəfər həlak olub, 11 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb. Bundan əlavə, aeroportda anqar yanıb.
Yayılan məlumatlara görə, təyyarə eniş edərkən anqara çırpılıb.
Yerli polisdən bildirilib ki, həlak olanlar hava gəmisinin pilotu və sərnişini olub. Anqarın içində olan 11 nəfər isə ciddi yanıq xəsarətləri alıblar.
Yaralananlar yaxınlıqdakı xəstəxanalara yerləşdiriliblər.
Qaynar xətt:
(055) 224 12 12