Avstraliya rəhbərliyi 10 minə yaxın dəvəni öldürmək qərarına gəlib.
“The Hill” xəbər verir ki, buna səbəb ölkədə baş verən yanğınlardı.
Hakim orqanlar belə qənaətə gəliblər ki, dəvələr yanğınları söndürmək üçün lazım olan suyu həddən artıq çox içirlər. Dəvələr su axtarışında evlərə və obyektlərə girirlər və burada dağıntılar törədirlər.
Dəvələrin öldürülməsi üzrə kompaniya əsasən ölkənin şimalında, yerli aboriqenlərin yaşadığı ərazilərdə keçiriləcək.
Rəylər